سنسیز اولماز

اونودام گرک

 

سنی اونودماق اوچون اؤزومو اونودام گرک

بوتون آرزولاریمی ریشه دن قورودام گرک 

سنینله جورله میشدیم گله جک ده کی دونیامی

ایندی کی سن گئدیبسن دونیامی اوچودام گرک

نینییم اولموری فیکریندن آیریلا بیلمیرم

سندن آیریلماق اوچون بینیمی یودودام گرک

سنی چوخلی سئویرم ، سنسیز یاشایا بیلمیرم 

سن سؤیله بو احساسیمی نئجه دوردودام گرک ؟

سنییدین حیاتیمین تک دادی دوزو معناسی

سنسیز من عومرومو حرام ائدیب تورشودام گرک

اوندا کی سن گلدین ، اولو جیسمیمه جان گتیردین

سنه جان بوشلویام ، حسابیمی دورودام گرک

 

شاعیر : وحید شکرزاده

 

sənsiz olmuyor

Unudam gerək

 

Səni unudmaq üçün özümü unudam gerək

Bütün arzularımı rişədən qurudam gerək

Səninlə cürləmişdim gələcəkdə ki dunyamı

Indi ki sən gedibsən dunyamı uçudam gerək

Neyniyim olmurı fikrindən ayrıla bilmirəm

Səndən ayrılmaq üçün beynimi yududam gerək

Səni çoxlı sevirəm sənsiz yaşaya bilmirəm

Sən söylə bu ehsasımı necə durdudam gerək   

Səniydin həyatimin tək dadı duzu mənasi

Sənsiz mən ömrümü həram edib turşudam gerək

Onda ki sən gəldin ölü cismimə can gətirdin

Sənə can boşluyam hesabımı durudam gerək

 

Şair : Vəhid Şükürzadə

 

 سنسیز زور کئچییور