ayriliq آیریلیق

 

Oxu bu şeiri

 

Bilmək istiyirsən niyə daha gəlmirəm dalınca 

Onda sən oxu bu şeiri kəlmə kəlmə qurtarınca 

Çoxu bu ki mən dəyildim sənə layıq ey gözəl yar 

Gedirəm olam layıqın sonra mən gələm yanınca 

Birdə ki dedim bəlkə sən məni sevmiyirsən gülüm 

Yoxca gər biləm sevirsən gələrəm üçü sayınca 

Belə bilmə ki səni mən unudub daha sevmirəm 

Hər zaman ürək qan olur səni mən yada salınca 

Onda ki sevirdin məni bilmədim sənin qədrivi

Indi gəl könül patlayır neçə gün sənsiz qalınca 

Daha yar gücüm çatmırı ki yazam qalan sözləri 

Axı göz yaşım sel oldu bu şeiri mən yazınca

 

Şair : Vəhid Şükürzadə

 

 سنسیز sənsiz

 

اوخو بو شعری

 

بیلمک ایستییرسن نییه ، گلمیرم داحا دالینجا 

اوندا سن اوخو بو شعری کلمه کلمه قورتارینجا 

چوخو بو کی من دئییلدیم سنه لاییق ای گوزل یار 

گئدیرم اولام لاییقین سونرا من گلم یانینجا 

بیرده کی دئدیم بلکه سن ، منی سئومییرسن گولوم

یوخجا گر بیلم سئویرسن گلرم اوچو سایینجا 

بئله بیلمه کی سنی من ، اونودوب داحا سئومیرم

هر زامان اورک قان اولور ، سنی من یادا سالینجا

اوندا کی سئویردین منی ، بیلمه دیم سنین قدرینی

ایندی گل کونول پاتلاییر نئچه گون سنسیز قالینجا

داحا یار گوجوم چاتمیری کی یازام قالان سؤزلری 

آخی گؤز یاشیم سئل اولدو بو شعری من یازینجا

 

شاعیر : وحید شکرزاده

 

hicran هجران