آی گؤزی شور

Ey gözü şor
Ey gözəlim qünçə dəhan gözləri ox qaşı kaman
Vardı sözüm çoxlu sənə getmə beş on dəyqə dayan
And içirəm allahıma ki sevirəm çoxlu səni
Bavər elə sevgimi sən mən demirəm heç nə yalan
Bil ki mənim səndən olan istədiğim təkcə budur
Dərdimə dərman elə sən ey canımı dərdə salan
Ver mənə sən vəslivin o came şərabın maralım
Çün gecə gündüz çəkirəm ayrılığından ay aman
Xirə baxanda sənə mən deyirdim indi ki deyir
Ey gözü şor bəsdi daha eylə həya səndə utan
Gər mənə yar büsə verə min yaşım olsa cavanam
indi gözəl gəl elə sən bu qocanı birdə cavan
Şair : Vəhid Şükürzadə
آی گؤزی شور
آی گؤزلیم غونچه دهان گؤزلری اُخ قاشی کامان
واردی سؤزوم چوخلی سنه گئتمه بش اون دیقه دایان
آند ایچیرم آللاهیما کی سئویرم چوخلی سنی
باور ائله سئوگیمی سن من دئمیرم هئچ نه یالان
بول کی منیم سن دن اولان ایسته دیغیم تک جه بودور
دردیمه درمان ائله سن ای جانیمی درده سالان
وئر منه سن وصلیوین اُو جام شرابین مارالیم
چون گئجه گوندوز چکیرم آیریلیقیندان آی آمان
خیره باخاندا سنه من ، دییردیم ایندی کی دییر
آی گؤزی شور بسدی داحا ائیله حیا سن ده اوتان
گر منه یار بوسه وئره مین یاشیم اولسا جاوانام
ایندی گؤزل گل ائله سن بو قوجانی بیرده جاوان
شاعیر : وحید شکرزاده


