دوغوم گونون - وحید شکرزاده
Doğum günün
Bugün sənin doğum günün mübarək olsun mələyim
Layıq olan hədyə sənə vardı canım al çiçəyim
Şadlıq içində boğulub pis günə həsrət qalasan
Budur mənim hayatdakı tək böyük arzum diləyim
Ayrıda olsaq gözəlim unudmaram ad gününü
Çünkü könüldən sevəni ölsə ünüdmaz ürəyim
Doğum günün bugün ama yoxdur əlimdə əllərin
Sevməyirsən sevmə məni sevgidə olmaz gerəyim
Sevgimi yar ınangınan heçkimə tay bilmə məni
Aşiqinəm budur məni səndən olan tək istəyim
əgər yarı xoşbəxt edə bilməyəcəm ayrı duşaq
səndə yarın qismətini xoşbaxtliyə yaz fələyim
şair : Vəhid Şükürzadə
دوغوم گونون
بوگون سنین دوغوم گونون ، موبارک اولسون مله ییم
لاییق اولان هدیه سنه واردی جانیم آل چیچه ییم
شادلیق ایچینده بوغولوب ، پیس گونه حسرت قالاسان
بودور منیم حایاتداکی تک بویوک آرزوم دیله ییم
آیری دا اولساق گوزلیم اونودمارام آد گونونو
چونکو کونول دن سئوه نی اولسه اونودماز اوره ییم
دوغوم گونون بوگون آما یوخدور الیمده اللرین
سئومه ییرسن سئومه منی سئوگی ده اولماز گره ییم
سئوگیمی یار اینان گینان هئچ کیمه تای بیلمه منی
عاشیقینم بودور منیم سندن اولان تک ایسته ییم
اگر یاری خوشبخت ائده بیلمه یه جم آیری دوشاق
سنده یارین قیسمتینی خوشبختلیه یاز فله ییم
شاعیر : وحید شکرزاده