سئویب سئویلمک نه حقیم منیم

سئویب سئویلمک نه حقیم منیم

 

سن گوزل بیر قیز ، من چیرکین اوغلان

سن نازلی جیران ، من یاشلی قافلان

سن ملک اوزلو ، منده کی شیطان

سنی ایسته مک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

اینان کی پولدور ، زمانه شاهی

پولسوز عاشیقین وار فقط آهی

من تک مجنونون ، یوخدور پناهی

گؤزلرین سئومک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

مندن اوستون دور ، سنین سوادین

آدیمدان گؤزل ، وار سنین آدین

بالدان شیرین دیر ، یقین کی دادین

دوداغین اؤپمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

تک اوستونلویوم ، اولوب دور یاشدا

بئش آلتی ساچدیر ، قالیب دیر باشدا

قورتارمیر منی ، بو چاتما قاشدا

ساچلارین هؤرمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

باخیشین معصوم ، گولوشون شکر

بو ایکیسی یار ، دونیایا دَیـَر

منده گولنده ، جهنم گلر

سنینله گولمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

سنی سئویرم ، اوره ییم عاشیق

آما دئیلم ، من سنه لاییق

سؤیله نئنییم ، بونلار حقاییق

سنله ائولنمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

شاعیر : وحید شکرزاده


sevib sevilmək , nə həqqim mənim

 

sən gözəl bir qiz , mən çirkin oğlan

sən nazlı ceyran , mən yaşlı qaflan

sən mələk üzlü , məndə ki şeytan

səni istəmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

ınan ki puldur , zəmanə şahı

pulsuz aşıqın , var fəqət ahı

mən tək məcnunun , yoxdur pənahı

gözlərin sevmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

məndən üstündür , sənin savadın

adımdan gözəl , var sənin adın

baldan şirindir , yəqin ki dadın

dodağın öpmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

tək üstünlüyüm , olubdur yaşda

beş altı saçdır , qalıbdır başda

qurtarmır məni , bu çatma qaşda

saçların hörmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

baxışın masum , gülüşün şəkər

bu iksi yar , dunyaya dəyər

məndə güləndə , cəhənnəm gələr

səninlə gülmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

səni sevirəm , ürəyim aşiq

ama dəyiləm , mən sənə layiq

söylə neynəyim , bunlar həqayiq

sənlə evlənmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

Şair : Vəhid Şükürzadə

 

عاشیق اورک وحید شکرزاده + aşiq ürək Vəhid Şükürzadə



دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین


عاشیق اورک

ساده دئییم ای اوره ییم یار سنی دای سئومه ییری

کونلونده کی او سئوگینین دیرینی بیلمه ییری

دونیا قدر سنی سئون سنله دئییب سنله گولن

آیریلیق دان یانان قلبه نه دن درمان گلمه ییری

زامان دورور نفس گلمیر ، اونو گؤرن زامان آما

گؤزلرینی آچ اوره ییم او هئچ سنی گؤرمه ییری

هر گون هر آن سؤیله ییرسن سنی گولوم چوخ سئویرم

آما اونا سوراندا کی سئویرسن سن ؟ دینمه ییری

سنی قویوب گئدن زامان دئدین اونا گئتمه دایان

بسدی داحا قبول ائله یارین سنه دؤنمه ییری

دئدیم سنه نصیحتی ، آما هاردا قولاق آسان

من تانیان عاشیق اورک آیریلماغا دؤزمه ییری

شاعیر : وحید شکرزاده

Aşiq ürək

Sadə deyim ey ürəyim yar səni day sevməyiri

Könlündəki o sevginin dəyərini bilməyiri

Dunya qədər səni sevən sənlə deyib sənlə gülən

Ayrılıqdan yanan qəlbə nədən dərman gəlməyiri

Zaman durur nəfəs gəlmir onu görən zaman ama

Gözlərini aç ürəyim o heç səni görməyiri

Hər gün hər an söyləyirsən səni gülüm çox sevirəm

Ama ona sorandaki sevirsən sən ? dinməyiri

Səni qoyub gedən zaman dedin ona getmə dayan

Bəsdi daha qəbul elə yarın sənə dönməyiri

Dedim sənə nəsihəti ama harda qulaq asan

Mən tanıyan aşiq ürək ayrılmağa dözməyiri

Şair : Vəhid Şükürzadə

 

سنسیز گونلریم وحید شکرزاده

دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین


Sənsiz günlərim

Iki gözüm telfonuma baxa baxa qalıbdır

Qoy ki baxım bəlkə yarım bir sms atıbdır

Götürürəm telfonumu min bir arzu ümidlə

Ama onda " yoxdur yeni bir sms " yazıbdır

Yol gedirəm vay elə bil telefonum zəng çalır

Tez baxıram heç kimsə yox ürək yalnış sanıbdır

Gecə gəlib yardan xəbər almamışam bugündə

Gözləyirəm yoxdur xəbər saat üçə çatıbdır

Hüş tutubdur bir sms səsilə mən oyandım

Oxuyuram bir yoldaşım məni ələ salıbdır

Inanırsan böylə keçir sənsiz gülüm günlərim

Hicrin məni yandırıbdır yaxıbdır

Şaır : Vəhid Şükürzadə

 

سنسیز گونلریم

ایکی گؤزوم تلفونوما باخا باخا قالیب دیر

قوی کی باخیم بلکه یاریم بیر اس ام اس آتیب دیر

گؤتورورم تلفونومو مین بیر آرزو اومیدله

آما اوندا "یوخدور یئنی بیر اس ام اس" یازیب دیر

یول گئدیرم وای ائله بیل تلفونوم زنگ چالیر

تئز باخیرام هئچ کیمسه یوخ اورک یالنیش سانیب دیر

گئجه گلیب یاردان خبر آلمامیشام بوگون ده

گؤزله ییرم یوخدور خبر ساعات اوچه چاتیب دیر

هوش توتوب دور بیر اس ام اس سسیله من اویاندیم

اوخویورام بیر یولداشیم منی اله سالیب دیر

اینانیرسان بویله کئچیر سنسیز گولوم گونلریم

قاییتگینان هیجرین منی یاندیریب دیر یاخیب دیر

شاعیر : وحید شکرزاده

 

 

آنا دردیمی بیلن یوخ - وحید شکرزاده

دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین


Ana dərdimi bilən yox

Ürəyimdə çoxlu qəm var Ana dərdimi bilən yox

Gözlərim qan ağlayırı gözümün yaşın silən yox

Sən olan zaman deyirdim güləş üzlü bir ınsanam

Sən gedəndən amma Ana gülmağımı heç görən yox

Gecələr təkliq tənhalıq yaman incidir qəlbimi

Qussədən və qəmdən sora məni kimsə dindirən yox

Həsrətəm Ana həsrətəm sənin o məhəbbətinə

Indi bir halin nəcürdi sözünü mənə deyən yox

Atamıda sən apardın indi məndə lap yalnızam

Siz ikiz gedəndən daha bu evə gəlib gedən yox

Demirəm qayıt gəlginən barı gəl apar mənidə

Ki sənin gözəl balanı dünyada daha sevən yox

Şair : Vəhid Şükürzadə

آنا دردیمی بیلن یوخ

اوره ییم ده چوخلو غم وار آنا دردیمی بیلن یوخ

گؤزلریم قان آغلاییری گؤزومون یاشین سیلن یوخ

سن اولان زامان دئییردیم گولش اوزلو بیر اینسانام

سن گئدن دن آمما آنا گولماغیمی هئچ گؤرن یوخ

گئجه لر تکلیق تنهالیق یامان اینجیدیر قلبیمی

غصه دن و غم دن سورا منی کیمسه دیندیرن یوخ

حسرتم آنا حسرتم سنین او محبتینه

ایندی بیر « حالین نجوردی » سؤزونو منه دئین یوخ

آتامی دا سن آپاردین ایندی من ده لاپ یالنیزام

سیز ایکیز گئدن دن داحا بو ائوه گلیب گئدن یوخ

دئمیرم قاییت گلگینن باری گل آپار منی ده

کی سنین گوزل بالانی دونیادا داحا سئون یوخ

شاعیر : وحید شکرزاده

قیسقانیرام وحید شکرزاده


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین


Qısqanıram

Gülüm səni yerə göyə dağa bağa qısqanıram

Gözəl səsin hər eşidən cüt qulağa qısqanıram

Girdiyin o paltarına başındaki papağına

Saçlarına çəkdiyin cansız darağa qısqanıram

Səni görən hər adama Anan Atan qardaşına

Öpdüyün o beş altı aylıq uşağa qısqanıram

Yar səni mən dər duvara yaşadığın utağına

Hətta deyim yatdığın isti yatağa qısqanıram

Baxdığın hər bir yanağa qucaqlayan hər qucağa

Səni öpən hər kim ola o dodağa qısqanıram

Dediklərim çoxu şaka azı doğru amma səni

Bir mənə tay qısqanc aşiqin olmağa qısqanıram

Şair : Vəhid Şükürzadə

قیسقانیرام

گولوم سنی یئره گؤیه داغا باغا قیسقانیرام

گوزل سسین هر ائشیدن جوت قولاغا قیسقانیرام

گیردیین او پالتارینا باشینداکی پاپاغینا

ساچلارینا چکدیین جانسیز داراغا قیسقانیرام

سنی گؤرن هر آداما آنان آتان قارداشینا

اوپدویون او بئش آلتی آیلیق اوشاغا قیسقانیرام

یار سنی من در دووارا یاشادیغین اوتاغینا

حتی دییم یاتدیغین ایستی یاتاغا قیسقانیرام

باخدیغین هر بیر یاناغا قوجاقلایان هر قوجاغا

سنی اوپن هر کیم اولا او دوداغا قیسقانیرام

دئدیکلریم چوخو شوخلوق آزی دوغرو آما سنی

بیر منه تای قیسقانج عاشیقین اولماغا قیسقانیرام

شاعیر : وحید شکرزاده


اونوتولماز - وحید شکرزاده


Unutulmaz

Sənin eşqin mənə candır bilirsən can unutulmaz

Yaradan böylə yaradmış mənə canan unutulmaz

Qəlbimin sultanı sənsən başqalar xidmətə gəlmiş

Hamısın sildim ürəkdən ama sultan unutulmaz

Gözlərimdə ürəyimdə təkcə sənsən çünkü heç vaxt

O kaman qaş ox baxışlı dəli ceyran unutulmaz

O gözəl xatirələrdi o şirin sözlərimizdi

Keçsə min ildə onun üstünə hicran unutulmaz

O həqiqi o yalansız ürəyimdə qaynayan eşq

Səni bilməm amma məndə hətta bir an unutulmaz

Unutamam səni cana ınan olmaz necə ki yar

Ürəyimdə Ana yurdum Azərbaycan unutulmaz

Şair : Vəhid Şükürzadə


اونوتولماز

سنین عشقین منه جاندیر بیلیرسن جان اونوتولماز

یارادان بویله یارادمیش منه جانان اونوتولماز

قلبیمین سولطانی سنسن باشقالار خیدمته گلمیش

هامیسین سیلدیم اورکدن آما سولطان اونوتولماز

گؤزلریمده اورییمده تکجه سنسن چونکو هئچ واخت

او کامان قاش اوخ باخیشلی دلی جیران اونوتولماز

او گوزل خاطیره لردی او شیرین سؤزلریمیزدی

کئچسه مین ایلده اونون اوستونه هیجران اونوتولماز

او حقیقی او یالانسیز اورییمده قاینایان عشق

سنی بیلمم آما منده حتی بیر آن اونوتولماز

اونوتامام سنی جانا اینان اولماز نئجه کی یار

اورییمده آنا یوردوم آذربایجان اونوتولماز

شاعیر : وحید شکرزاده


گل گولوم - وحید شکرزاده



Gəl gülüm

 

Gəl gülüm rəhm elə sən qəlbimi hıcran yaralar

 

Ayrılıq atəşinə yar bu könül gündə yanar

 

Eşqimiz saldı məni bax nə yaman günlərə yar

 

Olmuşam bir dəli ki fikri elə səndə qalar

 

Ürəyim bir tikədir gül üzünə nazlı nıgar

 

Elə sənsizləmişəm mən ki gözümdən sel axar

 

Bu könül ayrıla bilməz çünki eşqində yaşar

 

Sən ki getdin günü gündən mənə dünya daralar

 

Hamisin qoy kınara bunların ey varlı bahar

 

Həsrətindir ki mənim incə canımdan can alar

 

Nə olar ey ulu Tanrı olasan möcizəkar

 

Yox ola qəmli səbəb ki yarı məndən aralar

 

Şair : Vəhid Şükürzadə

 

 

 

گل گولوم

 

گل گولوم رحم ائله سن قلبیمی هیجران یارالار

 

آیریلیق آتشینه یار بو کونول گونده یانار

 

عشقیمیز سالدی منی باخ نه یامان گونلره یار

 

اولموشام بیر دلی کی فیکری ائله سنده قالار

 

اوره ییم بیر تیکه دیر گول اوزونه نازلی نیگار

 

ائله سنسیزله میشم من کی گؤزومدن سئل آخار

 

بو کونول آیریلا بیلمز چون کی عشقینده یاشار

 

سن کی گئتدین گونو گوندن منه دونیا دارالار

 

هامیسین قوی کینارا بونلارین ای وارلی باهار

 

حسرتیندیر کی منیم اینجه جانیمدان جان آلار

 

نه اولار ای اولو تانری اولاسان معجزه کار

 

یوخ اولا غملی سبب کی یاری مندن آرالار

 

شاعیر : وحید شکرزاده

 

 

هله ده عاشیقینم - وحید شکرزاده



Hələdə aşiqinəm

 

Sən dedin keçsə zaman eşqimi başdan atacaqsan

 

Unudub sevgimizi ayrısına sən çatacaqsan

 

Indi düzdür gecə gündüz mənim eşqimdə yanırsan

 

Gələcəkdə başqa sevda oduna çox yanacaqsan

 

Sən dedin ki leyli məcnun təkcə əfsanələrindi

 

Məni tez gec ötürüb sən özgələrlə qalacaqsan

 

Keçib aylar keçib illər hələdə aşiqinəm mən

 

Hanı o sən dediyin ki məni gözdən salacaqsan ?

 

Yar bilirdin nəfəsimsən ayrılanda demədin heç

 

Ey dəli sən nəfəsin pəs mənsiz hardan alacaqsan ?

 

Tapa bilməm sənə tay nazlı nıgar yox tapa bilməm

 

Bilmirəm sən mənə tay aşiqi hardan tapacaqsan ???

 

Şair : Vəhid Şükürzadə

 

 


هله ده عاشیقینم

 

سن دئدین کئچسه زامان عشقیمی باشدان آتاجاقسان

 

اونودوب سئوگیمیزی آیریسینا سن چاتاجاقسان

 

ایندی دوزدور گئجه گوندوز منیم عشقیمده یانیرسان

 

گله جک ده باشقا سئودا اودونا چوخ یاناجاقسان

 

سن دئدین کی لیلی مجنون تکجه افسانه لرین دی

 

منی تئز گئج اوتوروب سن اوزگه لرله قالاجاقسان

 

کئچیب آیلار ، کئچیب ایللر ، هله ده عاشیقینم من

 

هانی او سن دئدیین کی منی گؤزدن سالاجاقسان ؟

 

یار بیلیردین نفسیمسن ، آیریلاندا دئمه دین هئچ

 

ای دلی سن نفسین پس منسیز هاردان آلاجاقسان ؟

 

تاپا بیلمم سنه تای نازلی نیگار یوخ تاپا بیلمم

 

بیلمیرم سن منه تای عاشیقی هاردان تاپاجاقسان ؟؟؟

 

شاعیر : وحید شکرزاده

 

seni seviyorum 

 

سئوگی قوشو - وحید شکرزاده



Sevgi quşu

 

Gəl bura ey sevgi quşu get yarımın xidmətinə

 

Söylə səni yar unudub getdi o öz qismətinə

 

Get deginən qoy sevinə ayrılıqa həsrət olan

 

Söylə ki yar son qoyacaq sevgidəki həsrətinə

 

Söyləginən başdan atıb məst eliyən qaş gözünü

 

Hətta deki istəmiri sən gələsən söhbətinə

 

Amma demə aşiqinin göz yaşı sellər tək axır

 

Söyləməki söyləmədi bunları öz rəğbətinə

 

Söyləmə qan ağlayırı halı pərişandı onun

 

Bilməsin o mən hələdə aşiqəm gül sürətinə

 

Söyləmə hicrində yanır söyləmə eşqində yazır

 

Söyləmə yoxdur dözümü o öləcək hicrətinə

 

Şair : Vəhid Şükürzadə

 

 

 

سئوگی قوشو

 

گل بورا ای سئوگی قوشو گئت یاریمین خیدمتینه

 

سویله سنی یار اونودوب گئتدی او اؤز قیسمتینه

 

گئت دئگینن قوی سئوینه آیریلیقا حسرت اولان

 

سویله کی یار سون قویاجاق سئوگی ده کی حسرتینه

 

سویله گینن باشدان آتیب مست ائلیین قاش گؤزنو

 

حتی ده کی ایسته میری سن گله سن صحبتینه

 

آمما دئمه عاشیقینین گؤز یاشی سئللر تک آخیر

 

سؤیله مه کی سؤیله مه دی بونلاری اؤز رغبتینه

 

سؤیله مه قان آغلاییری حالی پریشان دی اونون

 

بیلمه سین او من هله ده عاشیقم گول صورتینه

 

سویله مه هیجرینده یانیر ، سؤیله مه عشقینده یازیر

 

سؤیله مه یوخدور دؤزومو او اوله جک هیجرتینه

 

شاعیر : وحید شکرزاده

 

 

هارداسان گل



Hardasan gəl

 

Ayrılıqdan dağ başını aldı ahım hardasan gəl

 

Allahıma and içirəm yox gunahım hardasan gəl

 

Yandı gəlbim hicr odunda dərmanı yar təkcə sənsən

 

Ey təbibim nazlı yarım padışahım hardasan gəl

 

Fürqətindən qan içində qan içir divanə könlüm

 

Ey pərəstiş eylədiyim qibləgahım hardasan gəl

 

Çoxları olmuş pərişan o kaman qaş ox baxışdan

 

Ey kaman qaş ox baxışlı tək sıpahım hardasan gəl

 

Yar sevilmək çox çətindir məndə yoxdur böylə bir güc

 

Ey mənim sevdalara sevgi pənahım hardasan gəl

 

Mən xəta etdim yanıb hicranda hər gün pak olundum

 

Day qutardı yar cəzaye ıştıbahım hardasan gəl

 

Şair : Vəhid Şükürzadə

 

 


هارداسان گل

 

آیریلیق دان داغ باشینی آلدی آهیم هارداسان گل

 

آللاهیما آند ایچیرم یوخ گوناهیم هارداسان گل

 

یاندی قلبیم هیجر اودوندا ، درمانی یار تکجه سنسن

 

ای طبیبیم ، نازلی یاریم ، پادیشاهیم هارداسان گل

 

فرقتیندن قان ایچینده قان ایچیر دیوانه کونلوم

 

ای پرستیش ائیله دییم قیبله گاهیم هارداسان گل

 

چوخلاری اولموش پریشان او کامان قاش اوخ باخیش دان

 

ای کامان قاش اوخ باخیشلی تک سیپاهیم هارداسان گل

 

یار سئویلمک چوخ چتیندیر ، منده یوخدور بؤیله بیر گوج

 

ای منیم سئودالارا سئوگی پناهیم هارداسان گل

 

من خطا ائتدیم یانیب هیجراندا هر گون پاک اولوندوم

 

دای قوتاردی یار جزای ایشتیباهیم هارداسان گل

 

شاعیر : وحید شکرزاده

 

 

گیزلی یاشارام



Gizli yaşaram

 

Eşq odunda külə dönsəm mənə xoşdur yanaram mən

 

Gözləməkdən korda olsam yollara yar baxaram mən

 

Ayrılıqdan selə dönsə gözlərimdən tökülən yaş

 

Mənə rəhm eyləməyinca gecə gündüz yağaram mən

 

Yaradan böylə yaradmış öldü var döndü yoxumdur

 

Inan ey can ya ölüb ya istəyimə çataram mən

 

Ölüm halda desə Allah istə axır istəyini

 

Qələm allam qanımıyla sənin ismin yazaram mən

 

Gər biləm ki aşiqimsən səni görmək həvəsiylə

 

Duman üzlü savalan tək uca dağdan aşaram mən

 

Yox əgər ki sevməyirsən mənə tay bir dəli aşiq

 

Onda yalnız ürəyində gizli gizli yaşaram mən

 

Şair : Vəhid Şükürzadə

 

سنی اونودمام 

 

گیزلی یاشارام

 

عشق اودوندا کوله دؤنسم منه خوشدور یانارام من

 

گؤزله مکدن کوردا اولسام یوللارارا یار باخارام من

 

آیریلیق دان سئله دؤنسه گؤزلریمدن توکولن یاش

 

منه رحم ائیله مه یینجا گئجه گوندوز یاغارام من

 

یارادان بؤیله یارادمیش اؤلدو وار دؤندو یوخومدور

 

اینان ای جان یا اولوب یا ایسته ییمه چاتارام من

 

اولوم حالدا دئسه آللاه ایسته آخیر ایسته یینی

 

قلم آللام قانیمیلا سنین ایسمین یازارام من

 

گر بیلم کی عاشیقیم سن ، سنی گؤرمک هوسیله

 

دومان اوزلو ساوالان تک اوجا داغدان آشارام من

 

یوخ اگر کی سئومه ییرسن منه تای بیر دلی عاشیق

 

اوندا یالنیز اوریینده گیزلی گیزلی یاشارام من

 

شاعیر : وحید شکرزاده