سئویب سئویلمک نه حقیم منیم

 

سن گوزل بیر قیز ، من چیرکین اوغلان

سن نازلی جیران ، من یاشلی قافلان

سن ملک اوزلو ، منده کی شیطان

سنی ایسته مک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

اینان کی پولدور ، زمانه شاهی

پولسوز عاشیقین وار فقط آهی

من تک مجنونون ، یوخدور پناهی

گؤزلرین سئومک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

مندن اوستون دور ، سنین سوادین

آدیمدان گؤزل ، وار سنین آدین

بالدان شیرین دیر ، یقین کی دادین

دوداغین اؤپمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

تک اوستونلویوم ، اولوب دور یاشدا

بئش آلتی ساچدیر ، قالیب دیر باشدا

قورتارمیر منی ، بو چاتما قاشدا

ساچلارین هؤرمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

باخیشین معصوم ، گولوشون شکر

بو ایکیسی یار ، دونیایا دَیـَر

منده گولنده ، جهنم گلر

سنینله گولمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

سنی سئویرم ، اوره ییم عاشیق

آما دئیلم ، من سنه لاییق

سؤیله نئنییم ، بونلار حقاییق

سنله ائولنمک ، نه حقیم منیم

 

سئویب سئویلمک ، نه حقیم منیم

شاعیر : وحید شکرزاده


sevib sevilmək , nə həqqim mənim

 

sən gözəl bir qiz , mən çirkin oğlan

sən nazlı ceyran , mən yaşlı qaflan

sən mələk üzlü , məndə ki şeytan

səni istəmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

ınan ki puldur , zəmanə şahı

pulsuz aşıqın , var fəqət ahı

mən tək məcnunun , yoxdur pənahı

gözlərin sevmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

məndən üstündür , sənin savadın

adımdan gözəl , var sənin adın

baldan şirindir , yəqin ki dadın

dodağın öpmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

tək üstünlüyüm , olubdur yaşda

beş altı saçdır , qalıbdır başda

qurtarmır məni , bu çatma qaşda

saçların hörmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

baxışın masum , gülüşün şəkər

bu iksi yar , dunyaya dəyər

məndə güləndə , cəhənnəm gələr

səninlə gülmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

səni sevirəm , ürəyim aşiq

ama dəyiləm , mən sənə layiq

söylə neynəyim , bunlar həqayiq

sənlə evlənmək , nə həqqim mənim

sevib sevilmək , nə həqqim mənim

Şair : Vəhid Şükürzadə