دوغوم گونون موبارک وحید شکرزاده + doğum günün mübarək

http://www.aktuel-bilgi.com/wp-content/uploads/2010/12/Sevgili-Do%C4%9Fum-G%C3%BCn%C3%BC-Kartlar%C4%B1.jpg

Doğum günün mübarək

Illər öncə bugündə , firlandı çərxi fələk

Göndərdi Tanrı yerə , bir nazlı duzlu mələk

Günəş üzlü incə bel , şirin sözlü uzun tel

Gözəllər maralıdır , bu ahu gözlü göyçək

Masum baxışlarınla , titrətdin qəlbimi sən

Doğum günün birtənəm , olsun sənə mübarək

Bucur gözəl bir gündə , təqdim edirəm sənə

Sevgi dolu hədiyə , birdəki qırmız çiçək

Şad günlərin çox olsun , dərdin qəmin yox olsun

Səni çox sevdiyimdən , tutdum bucur xoş dilək

Tək varlığımsan ey can , olum sənə mən qurban

Sənin xoşbəxt olmanı , istər bu aşıq ürək

Şair : Vəhid Şükürzadə

 http://www.resimlerii.com/wp-content/resimleri/Do%C4%9Fum-G%C3%BCn%C3%BC-Mesajlar%C4%B1.jpg

دوغوم گونون موبارک

ایللر اونجه بو گونده ، فیرلاندی چرخی فلک

گؤندردی تانری یئره ، بیر نازلی دوزلو ملک

گونش اوزلو اینجه بئل ، شیرین سؤزلو اوزون تئل

گؤزللر  مارالی دیر ، بو آهو گؤزلو گؤیچک

معصوم باخیشلارینلا ، تیترتدین قلبیمی سن

دوغوم گونون بیرتانم ، اولسون سنه موبارک

بوجور گؤزل بیر گونده ، تقدیم ائدیرم سنه

سئوگی دولو هدیه ، بیرده کی قیرمیز چیچک

شاد گونلرین چوخ اولسون ، دردین غمین یوخ اولسون

سنی چوخ سئودییمدن ، توتدوم بوجور خوش دیلک

تک وارلیغیمسان ای جان ، اولوم سنه من قوربان

سنین خوشبخت اولمانی ، ایستر بو عاشیق اورک

شاعیر : وحید شکرزاده

 http://urdustar.com/home/attachments/congrates-greetings/79382d1250948411t-happy-birthday-maheen-happy-birthday-cake.gif

دوغوم گونون - وحید شکرزاده

 


Doğum günün

 

Bugün sənin doğum günün mübarək olsun mələyim

 

Layıq olan hədyə sənə vardı canım al çiçəyim

 

Şadlıq içində boğulub pis günə həsrət qalasan

 

Budur mənim hayatdakı tək böyük arzum diləyim

 

Ayrıda olsaq gözəlim unudmaram ad gününü

 

Çünkü könüldən sevəni ölsə ünüdmaz ürəyim

 

Doğum günün bugün ama yoxdur əlimdə əllərin

 

Sevməyirsən sevmə məni sevgidə olmaz gerəyim

 

Sevgimi yar ınangınan heçkimə tay bilmə məni

 

Aşiqinəm budur məni səndən olan tək istəyim

 

əgər yarı xoşbəxt edə bilməyəcəm ayrı duşaq

 

səndə yarın qismətini xoşbaxtliyə yaz fələyim

 

şair : Vəhid Şükürzadə



دوغوم گونون

 

بوگون سنین دوغوم گونون ، موبارک اولسون مله ییم

 

لاییق اولان هدیه سنه واردی جانیم آل چیچه ییم

 

شادلیق ایچینده بوغولوب ، پیس گونه حسرت قالاسان

 

بودور منیم حایاتداکی تک بویوک آرزوم دیله ییم

 

آیری دا اولساق گوزلیم اونودمارام آد گونونو

 

چونکو کونول دن سئوه نی اولسه اونودماز اوره ییم

 

دوغوم گونون بوگون آما یوخدور الیمده اللرین

 

سئومه ییرسن سئومه منی سئوگی ده اولماز گره ییم

 

سئوگیمی یار اینان گینان هئچ کیمه تای بیلمه منی

 

عاشیقینم بودور منیم سندن اولان تک ایسته ییم

 

اگر یاری خوشبخت ائده بیلمه یه جم آیری دوشاق

 

سنده یارین قیسمتینی خوشبختلیه یاز فله ییم

 

شاعیر : وحید شکرزاده