Heç demirsən

 

Heç demirsən məcnünün halı yamandı qoy gedim

 

Bəlkə axər o ölübdi ax amandı qoy gedim

 

Mən yanıram bu gözəl eşqin odunda bir nə olar

 

Sən deyəsən eşq odu dərdə salandı qoy gedim

 

Ey gözəl qız bilmirəm axər niyə sən heç demirsən

 

Ayrılığın qüssəsi canı alandı qoy gedim

 

Istədim təkcə məhəbbət ta ki şayəd bir deyəsən

 

Bu məhəbbətdi ki dunyada qalandı qoy gedim

 

Sən məni axər qörəndə tez qaçırsan qizlənirsən

 

Heç demirsən ki bu qəlbi sındırandı qoy gedim

 

Qər mənə sən leyla olsan məndə ollam məcnüna tay

 

Səndə bir de öz sözündə bu durandl qoy gedim

 

Şair : Vəhid şükürzadə

 

 

 

 

                                                       

هچ دئمیرسن ؟

 

هچ دئمیرسن مجنونون حالی یاماندی قوی گدیم  

بلکه آخر اُو اُولوبـدی آخ آماندی قوی گدیم 

من یانیرام بو گوزل عشقین اُودونا بیر نه اُولار      

سن دییسن عشق اُودی درده سالاندی قوی گدیم 

ای گوزل قیز بولمورم آخر نیه سن هچ دئمیرسن      

آیریلیقین غصه سی جانی آلاندی قوی گدیم 

ایستدیم تکجه محبت تا کی شاید بیر دییسن    

بو محبت دی کی دونیادا قالاندی قوی گدیم 

سن منی آخر گؤرنده تئز قاچیرسان گیزلنیرسن  

هچ دئمیرسن کی بو قلبـی سیندیراندی قوی گدیم 

گر منه سن لیلا اُولسان من ده اُوللام مجنونا تای     

سن ده بیر ده اُوز سوزونده بو دوراندی قوی گدیم

 

وحید شکرزاده