لعنت بو غرورا

 

Gedirsən get

 

Gedirsən get dəli könlüm səni istər olunca yar

Gecə gündüz buludlar tək yağar gözlər dalınca yar

Səninlə mən bərabər olmadım heç vaxt həqiqətdə

Xəyalimda vəli hər an mənimləsən doyunca yar 

Elə sevdim səni cana ki aləm heyrətə gəldi

Nədən küsdün çıxıb getdin məni dərdə salınca yar 

Sənə nisbət belə şiddətli bir sevdamı bilmirdim

Düşündüm mən bu ehsası biraz sənsiz qalınca yar

Mənim qəlbim gülə taydı sənin eşqin ona candı

Yaşayış illətim sənsən mənim ömrüm solunca yar

Son arzumdur mənə qaytarma bu divanə qəlbimi

Gedirsən sən barı qalsın mənim qəlbim yanınca yar

 

Şair : Vəhid Şükürzadə

  

سنسیز اولمویور

 

گئدیرسن گئت

 

گئدیرسن گئت دلی کونلوم سنی ایستر اولونجا یار

گئجه گوندوز بولودلار تک یاغار گؤزلر دالینجا یار

سنینله من برابر اولمادیم هئچ واخت حقیقت ده

خیالیم دا ولی هر آن منیمله سن دویونجا یار

ائله سئودیم سنی جانا کی عالم حیرته گلدی

نه دن کوسدون چیخیب گئتدین منی درده سالینجا یار

سنه نیسبت بئله شیددتلی بیر سئودامی بیلمیردیم

دوشوندوم من بو احساسی بیرآز سنسیز قالینجا یار 

منیم قلبیم گوله تایدی سنین عشقین اونا جاندی

یاشاییش عیللتیم سنسن منیم عومروم سولونجا یار

سون آرزوم دور منه قایتارما بو دیوانه قلبیمی  

گئدیرسن سن باری قالسین منیم قلبیم یانینجا یار

 

شاعیر : وحید شکرزاده

 

سنی سئویرم