بوگون سنین دوغوم گونون
Bu gün sənin doğum günün
Xəyalımda bir quş olub sənə tərəf gələcəyəm
əlimdəki çiçəkləri gülüm sənə verəcəyəm
bügün sənin doğum günün belənçi bir şirin günü
bütün vucudumla gözəl sənə təbrik diyəcəyəm
ayrılıqdan gözüm yaşdı sənsizlikdən ürək qandı
ürəyimdə mən ağlayıb üzdə sənə güləcəyəm
əgər bütün aləm bügün gözəl səndən gözəl olsa
mənim gözümdə tək sənsən yalnız səni sevəcəyəm
əgər məni əfv etməsən ömrüm bitincə yar ınan
məni qoyub gedən yerdə sənin üçün dözəcəyəm
səni sevdim özüm üçün ayrılmışam sənin üçün
həsrətində mən yaşayıb xəyalında oləcəyəm
şair : Vəhid Şükürzadə
بوگون سنین دوغوم گونون
خیالیمدا بیر قوش اولوب ، سنه طرف گله جه یم
الیمده کی چیچک لری ، گولوم سنه وئره جه یم
بوگون سنین دوغوم گونون ، بئلنچی بیر شیرین گونو
بوتون ووجودوملا گوزل ، سنه تبریک دییه جه یم
آیریلیقدان گؤزوم یاشدی ، سنسیزلیکدن اورک قاندی
اوره ییمده من آغلاییب ، اوزده سنه گوله جه یم
اگر بوتون عالم بوگون ، گوزل سندن گوزل اولسا
منیم گؤزوم ده تک سنسن ، یالنیز سنی سئوه جه یم
اگر منی عفو ائتمه سن ، عومروم بیتینجه یار اینان
منی قویوب گئدن یئرده ، سنین اوچون دؤزه جه یم
سنی سئودیم اؤزوم اوچون ، آیریلمیشام سنین اوچون
حسرتینده من یاشاییب ، خیالیندا اوله جه یم
شاعیر : وحید شکرزاده