Çillə gecəsi
Çillə gecəsi ilin 365 gününün ən uzun gecəsidir.Bu gecə, şəmsi ilinin, dey ayin başlanqıc gecəsi - azər ayının sonuncu gecəsi və 3 ay novruz bayramına qalmiş bir gecədir. Milad tarixi ilə dekabrın 21-indən 22-ə keçən gecədir. Bu gecəni əsasən cənubi azərbaycanda və qismən şimali azərbaycan və türkiyədə qeyd edilir. O cümlədən urmia, təbriz, ərdəbil, zəncan, xoy, şəbistər, usku, marağa, tikab, nəxcivan və digər şəhərlər və çoxlu sayda azəri kəndlər bu gecəni qeyd edirlər. Bu gecədə qar yağmaq çoxlu sevinc yaradır. Həmin gecə ayilə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini meyvə və çoxlu şirniyyat yeməklə qeyd edirlər. Bu gecədə ən əhəmmiyətli atributlarından biri qarpızdır. Əhali qarpız yiyir ki soyuqa yox desinlər. Belə ki hər ayilə həmin gecə mütləq bir qarpız almalıdır.Əgər yeni evlənənlər varsa onlarada valideynlari tərəfindən qarpız hədiyyə verilir. Cəviz (qoz) halvası, həvic (kök) halvası, paxlava (baqləva), toxum (semiçka)(tum) və meyvələr və digər şirniyyatlar da bu gecədə süfrədə olmalıdır. Bu gecə azərbaycanlıların ən gözəl və təkrar olunmaz yeganə gecə bayramıdır