ƏLİFBA

Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.

Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.

İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.

Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.

Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:   Latin Adı Nümunə Latin Adı Nümunə Aa a Alçaq Qq qe Qulaq Bb be Bütöv Ll el Laxlamaq Cc ce Coşqun Mm em Mağara Çç çe Çiçək Nn en Narın Dd de Dayaq Oo o Oba Ee e Elçi Öö ö Ölçü Əə ə Əmək Pp pe Paltar Ff fe Fışıltı Rr er Rəng Gg ge Güzgü Ss se Səs Ğğ* ğe Dağ Şş şe Şanlı Hh he Haray Tt te Tanıtmaq Xx xe Xəzər Uu u Uzun Iı* i Yağı ÜÜ ü Ünlü İi i İncə Vv ve Varlıq Jj je Jalə Yy ye Yaylaq Kk ke, ka Kəskin Zz ze Zingilti *QEYD: Dilimizdə iki hərflə: Iı və Ğğ hərfləri ilə söz başlanmır. FONETİKA Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səs­lər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a] Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür: 1.  Səslilər(Ünlülər-Saitlər),   2.  Səssizlər(Ünsüzlər-samitlər). Səslilər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. . Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. DAVAMINA BAXIN!

Səslilərin bölgüsü

Dilimizdə 9 səsli səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə səslilərin aşağıdakı üç bölgüsü var:

1. Dilin arxaön hissəsində deyilməsinə (dilin üfüqi durumuna) görə:
Qalın səslilər (dilarxası): [a], [ı], [0], [u].
İncə səslilər (dilönü): [ə], [i], [ö], [ü], [e].

2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (ağız boşluğunun vəziyyətinə) görə:
      Qapalı səslilər (dar): [ı], [i], [u], [ü].
      Açıq səslilər (gen): [a], [ə], [o], [ö], [e].

Qapalı səslilərin teleffüzünde alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar səslilər də deyilir). Bu səsliləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çı, ­çi, -çu, -çü; -lıq, -lik, -lııq, -Iük və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı səslilər iştirak edir. Açıq səslilərin tələf­füzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen səslilər də deyilir).

3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan səslilər: [o], [ö], [u], [ü].
Dodaqlanmayan səslilər: [a], [ə], [ı], [i], [e].

Dodaqlanan səslilərin teleffüzündə dodaqlar bir qədər irəliyə gəlir dairəvi şəkil alır. Dodaqlanmayan səslilərin tələffüzündə isə bu hal baş vermir.

Səsli səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:


 

Açıq

Qapalı

 

Qalın

İncə

Qalın

İncə

Dodaqlanmayan

a

e, ə

i

i

Dodaqlanan

o

ü

u

ü


Cədvəldən göründüyü kimi, hər bir səslinin üç növü var. Məsələn: [a] səslisi qalın, açıq, dodaqlanmayan: [ü] səslisi incə, qapalı, dodaqlanandır.

Səslilərin üç bölgüsü olduğu üçün onların qarşılaşdırılması da aşağıdakı 3 cədvəldə olduğu kimidir:

              I.     Qalın səslilər: [a], [ı], [o], [u]
İncə səslilər: [ə], [i], [ö], [ü]

           II.     Açıq səslilər: [a], [ə], [o], [ö]
Qapalı səslilər: [ı], [i], [u], [ü]

        III.     Dodaqlanan səslilər: [o], [ö], [u], [ü]
Dodaqlanmayan səslilər: [a], [ə], [ı ], [i ]

[e] səsinin taleffüzündə dil neytral vəziyyətdə olur, buna görə də onun heç bir qarşılığı yoxdur.

Şəkilçilərdə yalnız a, ə, ı, i, u, ü səsliləri iştirak edir.

Bəzi səslilərin uzun tələffüzü

Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi səslilər bir qədər uzun tələffüz olunur.

Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, şölə, şöbə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələf­füz olunur.

Bəzi sözlərdə [i], [u] və [o] səsliləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i:] səslisi; Füzuli, musiqi, xüsusi sözlərində [u:] səslisi uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o:] səslisi uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v səssizi (bəzən də n səssizi) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələf­füzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə].

Dilimizdəki [ı][ü] səsliləri isə uzun tələffüz olunmur.

Səssiz səslərin növləri

Səssizler səs tellərinin iştirakına görə iki növə bölünür:

1. Kar səssizlər
2. Cingiltili səssizlər

Kar səssizlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.

Cingiltili səssizlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydənavazdan ibarət olur.

Dilimizdəki cingiltili və kar səssizlərin çoxu cütlük təşkil edir:
Cingiltili səssizlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y],   [g], [c], [l], [m], [n], [r], -
Kar səssizlər:       [p], [k'], [f], [x], [t],  [ş], [s], [x`], [k], [ç],  -     -      -     -   [h]

[1], [m], [n], [r] cingiltili səssizlərinin kar qarşılığı, [h] kar səssizinin isə cingiltili qarşılığı yoxdur.

[m][n] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna: görə həmin səssizlərə burun səssizləri deyilir.

Dilimizdə 25 səssiz səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] səssizinin kar qaşılığı) və ipək, çiçək, məktəb sözlərindəki [x`] səssizini (cingiltili [y] səssizinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yox­dur. Bu iki səs elifbamızda kənd, türk, şəkil sözlərindəki [k]' səsini (cingiltili [g] səssizinin kar qarşılığını) ifadə edən "k" herfi ilə göstərilir. Buna görə də dilimizdəki səssiz səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.

Dilimizdə 34 səs, 32 hərf var.

Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz; Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(İşıq, ilan, ilğım, iıı am, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.

Ahəng qanunu kökşəkilçi arasında daha möhkəmdəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm ve dəyişməz 0lur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu özəlliyinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonotikanı bir­ləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.

Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır.

Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s

Qoşasəslili sözlərin yazılışı və tələffüzü

Dilimizdə bəzi sözlər var ki, onlarda iki səsli səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasəslili sözlər adlanır.

Bu tipli sözlərdə ki səsli qoşalığı ya iki eyni səslidən, ya da iki müxtəlif səslidən ibarət olur. Bu səbəbdən sözlərdəki səsli qoşalığının iki növü fərqləndirilir:

1.    Eyni səsli qoşalığı

2.    Müxtəlif səsli qoşalığı

Eyni səsli qoşalığı Sözün ortasında, bəzən da sonunda; müxtəlif səsli qoşalığı isə sözlərin həm əvvəlində, həm ortasında, həm də sonunda olur. Məsələn:saat, təəccüb, ailə, nüəzzin, səadət, poeziya, müdafiə, rübai, aeroport və s.

Dilimizdə eyni səsli qoşalığı ilə başlanan söz yoxdur.

Qoşasəslili sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağı­dakı qaydada olur:

1. Eynicinsli qoşa səsliləri ifadə edən iki hərf bir uzun səsli kimi tələf­füz olunur. Məsələn: saat - [sa:t], maaş - [ma:ş], camaat­ - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii - [bədi:], təbii - [təbi:] və s.

Lakin eynicinsli qoşa o səslisi ilə yazılan sözlər vurğusuz halda həm də uzadılmış a kimi [a:] tələffüz olunur. Məsələn: zoologiya [za:logiyaJ, kooperasiya [ka:perasiya] və s.

2. Tərkibində ai, oi, io, (bəzən də io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu səslilər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə - [ayilə], daima - [dayima], zəif -[zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşe], maneə - [maniyə], təqaüd - [təqayüd], stadion - [stadiyon] və s.

3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci səsli deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir.

Məsələn: səadət - [sa:dət], fəaliyyət - [fa:liyət], müavin - [ma:vin], müalicə - [ma:licə], müəyyən – [mə:yyən], müəllim - [mə:llim] və s.

Qeyd 1: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasəslili mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn səslilərdən birincisi deyilmir, lakin ikincisi üzun tələffüz olunmur:

Əliağa - [Əlağa], əmioğlu - [Əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu], xalaoğlu - [xaloğlu] və s.

Qeyd 2: Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual və s. kimi qoşasəslili sözlərdə bu halların heç biri baş vermir

Qoşasəssizli sözlərin yazılışı və tələffüzü

1. Eynicinsli qoşa kk, pp və tt hərfləri ilə yazıları sözlərdə ikinci kar səssiz onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsələn: səkkiz - [səkgiz], mürəkkəb -[mürəkgəb], tappıltı-[tapbıltı], əlbəttə -[əlbətdə], Səttar -[Sətdar] və s.

2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili səssiz onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət -[dik`qət], doqquz-[dok`quz], toqqa -[tok`qa] və s.

3. Eynicinsli qoşa bb, cc, dd, ff, ll, mm, nn, vv, ss, zz səssizlərinin deyilişində heç bir fərq olmur. Məsələn: Abbas - [Abbas], yeddi - [yeddi], Şəffaf- [şəffaf], əlli -[əlli], molla - [molla], bənna -[bənna], fəvvarə - [fəvvarə], qəssab -[qəssab], ləzzət -[ləzzət] və s.

4. Eynicinsli qoşa yy ilə yazılan sözlərin çoxu bir y ilə deyilir.

Məsələn: vəziyyət - [vəziyət], edəbiyyat - [ədəbiyat], şəxsiyyət -[şəxsiyət] və s.

Hədiyyə, təyyarə, səyyar, soyyalı və s. kimi sözlərdə isə qoşa yy səssizlərinin hər ikisi tələffüz olunur.

Söz ortasında bəzi səssizlərin fərqli tələffüzü:

1. Söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: tüstü -[tüsdü], dəftər- [dəfdər], təşkil - [təşgil], kəşfiyyat -[kəşviyat], şaftalı -[şafdalı] və s.

2. Söz ortasında n səssizi b, m samitlərindən əvvəl gəldikdə m kimi tələffüz olunur. Məsələn: zənbil -[zəmbil], sünbül - [sümbül], tən­bəl -[təmbəl], dinməz -[dimməz], qonmaq - [qommaq], varlanmaq - [varrammax] və s.

3. Söz ortasında kar səssizdən əvvəl gələn q səssizi ı k 'l kimi tələffüz olunur. Məsələn: nöqsan «[nök 'san], təqsir -[tək'sir], iqtisadiyyat -[ik'tisatdiyat], nöqtə - [nök'tə] və s.

Bu səssiz cingitili səssizden əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. Məsələn: istiqlal - [istiqlal], miqyas - [miqyas], maqnit - [maqnit] və s.

Söz ortasında səssizdən əvvəl gələn k səssizi əsasən [x'] kimi tələf­füz olunur. Məsələn: təklif - [təx`lif], ürəkdən - [ürəx'dən] və s. Belə sözlərdəki k hərfinin [y] kimi tələffüzü də düzgün sayılır. Sözün ilk c səssizindən sonra d, z, ı, s səssizləri gəldikdə c samiti [j] kimi tələffüz olunur. Məsələn: vicdan - [vijdan], səcdə - [səjdə], gücsüz - [güjsüz] və s.

Söz ortasında ç səssizindən sonra d, t, s səssizləri gəldikdə ç səssizi [ş] kimi tələffüz olunur. Məsələn: keçdi - [keşdi], qaçsan - [qaşsan] və s.

Sonu eynicinsli qoşa səssizlə bitən söz köklərinin yazılışı

Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər var ki, qoşa səssizlə bitir. Məsələn: hiss, sirr, xətt, hədd, fənn, sədd, haqq və s. Belə sözlərə səssizlə başlayan şəkilçi artırdıqda söz kökündəki səssizlərdən biri yazılır. Məsələn: hissiz, sirdaş, xətdə, fənlər, haqdan və s.

Rəsmxət kimi mürəkkəb sözlərdə söz kökündəki səssiz hər­fin biri yazılır.

Sözlərin sonunda cingiltili səssizlərin yazılışı və tələffüzü

Dilimizdə sonu b, d, g və c ilə bitən çoxhecalı ve bəzi təkhecalı sözlərdə bu hərflər bir sıra hallarda cingiltili [b], [d], [g] və [c] kimi, başqa hallarda isə onların kar qarşılıqları - [p], [t], [k] və [ç] kimi tələffüz olunur.

Məsələn, kitabım, öyüdüm, tüfəng, qılınc sözlarində b, d, g, c hərfləri cingiltili [b], [d], [g], [c] səsləri kimi; kitablar, öyüdlər, tüfəngdən, qılıncdan sözlərində isə kar [p],[t], [k] və [ç] kimi teloffüz olunur. Nümunələrdən göründüyü kimi, sözün sonundakı samitin kar, yoxsa cingiltili olduğunu (yəni [b], yoxsa [p]; [c] yoxsa [t]; [g] yoxsa [k]; [c] yoxsa [ç] olduğunu) müəyyən etmək üçün həmin sözlərə səsli ilə başlanan şəkilçi artırmaq lazımdır. Belə sözlərə səsli ilə başlanan şəkilçi qoşulduqda söz kökündəki son səssiz cingiltili, səssizlə başlanan şəkilçi qoşulduqda isə kar tələffüz olunur.

Məsələn: corab - corabı [b] - corabda [p], bulud - buluda [d] - bulud­lar [t], pələng - pələngi [g] - pələngdə [k], gənc - gəncə [c] - gənclik [ç] və s. Bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, bu cür sözlərdən sonra gələn ikinci tərəf səsli ilə başlanırsa, onda söz kökündəki səssiz cingiltili, səssizlə başlanırsa kar tələffüz olunur.

Məsələn: kitab [b] evi - kitab [p] mağazası, kənd [d] adamı- kənd [t] camaatı, gülünc [c] iş - gülünc [ç] hərəkət, nəhəng [g] adam - nəhəng [k] pəhləvan və s. Bu səssizlərlə bitən sözlər ayrılıqda və şəkilçisiz işləndikdə son səssiz kar tələffüz olunur. Məsələn: palıd [t], doşab [p], ağac [ç], qəşəng [k] və s.

Qeyd: Sonu c səssizi ilə bitən çoxhecalı sözlər ayrılıqda işləndikdə [ç] kimi tələffüz olunur: gənc [ç], ülgüc [ç] və s. Belə sözlərdən sonra d, 1, t, s, z samitləri ilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. Məsələn: ağacdan - [ağaşdan], çəkicsiz - [çəkişsiz], ülgüc [ş] yarası, çekic [ş] səsi və s.

Qeyd: Bəzi sözlərin sonundakı z səssizi də tələffüzdə karlaşa bilir.

Məsələn: almaz - [almas]

Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü

Dilimizdəki çoxhecalı sözlərin sonundakı qe hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Məsələn: otaq - [otax], yanacaq - [yanacax], oynamaq ­[oynamax] və s. Belə sözlərə səsli ilə başlanan şəkilçi qoşulduqda yazıda q - ğ əvəzlənməsi baş verir. Məsələn: bulaq - bulağın - bulağa və s.

Qeyd: Bu hərflə biten sözlərdən sonra səssizlə başlayan şəkilçi və ya söz gəldikdə kar tələffüz olunur, səsli ilə başlayan şəkilçi və ya söz gəldikdə isə, cingiltili tələffüz olunur.

Dilimizdəki ərəb mənşəli üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, ittifaq, müstəntiq, natiq və s. sözlər isə bu, qaydaya tabe olmur. Həmin sözlərin sonundakı səssiz [k'] kimi tələffüz olunur: üfüq - [üfük`], şəfəq - [şəfək`] və s. Belə sözlərə səsli ilə başlanan şəkilçi qoşulduqda söz kökündəki səssiz [q] kimi tələffüz olunur. Məsələn: şərq+i - [şərqi].

Son səsi [y] cingiltili səssizinin kar qarşılıhğı [x'] kimi tələffüz olu­nan çoxhecalı sözlər ke hərfi ilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə səsli ilə başlanan şəkilçi qoşulduqda yazıda k-y dəyişilməsi baş verir. Məsələn: köynək - köynəyi, köynəyə və s.

Deyilişi ilə yazılışı fərqlənən sözlər elə sözlər sayılır ki, onlarda hərf tərkibi ilə səs tərkibi arasında fərq olsun. Bu hal iki şəkildə özünü göstərə bilər:

1.         Sözdə hərf və səslərin sayıda fərq olur. Məsələn: maaş - [ma:ş] - 4 hərf, 3 səs; bənövşə [bənö:şə] - 7 hərf, 6 səs; fəaliyyət [fa:liyət] - 9 hərf, 7səs və. (Bu hala SƏSDÜŞÜMÜ deyilir). Və ya əksinə: ailə [ayilə] - 4 hərf, 5 səs; məişət - [məyişət] - 6 hərf, 7 səs və s. (Bu hala da SƏSARTIMI deyilir).

2.         Sözdə bir (və ya bir neçə) hərf adi qaydada ifadə etdiyi səsdən fərqli olan səsi bildirir. Məsələn: "de" hərfi adətən [d] səsini ifadə edir: dədə - [dədə]. Lakin bu səs söz sonunda [t] kimi də tələffüz olunur: qanad - [qanat], armud - [armut] və s. (belə hərflərə ORFOQRAM deyilir).

Yazılışı ilə deyilişi fərqlənən bu tipli sözlərə aid daha bir neçə nümnə: ağac - [ağaç], ürək - [ürəx`], avtomat - [aftamat], əgər - [əyər], ixtira - [ixdira], nəhəng - [nəhənk], taxta - [taxda], şənbə - [şəmbə], doşab - [doşap], döyüşkən - [döyüşgən], itki - [itgi] və s.

Dilimizdə elə sözlər də var ki onların tərkibində uzun tələffüz olunan səslər var. Lakin bu hal həmin sözlərdə hərf- səs fərqinə gətirib çıxarmır. Məsələn: alim - [a:lim], hakim - [ha:kim], Sabir- [Sa:bir], həqiqət - [həqi:qət], məna - [mə:na], şölə - [şö:lə], etibar - [eti:bar], surət _ [su:rət], sufi - [su:fi] və s. Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.

Sağ qalın, Şad yaşayın


Baybək ArazOğlu

E-mail: baybakarazoglu@yahoo.com


Yahoo! ID: baybakarazoglu

.