ده ای جیران
De ay ceyran
Gözəl yarim de sən axər ki mən dən nə xəta gördun ?
Məni sən tək qoyub getdin məgər cana cəfa gördun ?
Xəta yapdim məni oldur vəli axər bu nə insaf
Ki hicran dərdini ey yar mənim curmə səza gördun
De ey ceyran mənim çirkin bu zahirdən xoşun gəlmir ?
Və ya in ki bu muddət də məni sən bi vəfa gördun ?
Sənə qaldim ki kim böylə məni pis dən də pis etdi ?
Ki mən dən ayri gəzmaği özuvə sən rəva gördun
Gözəl söylə mənim bu şeytənət lərdən çəkildin sən ?
Və ya in ki məni axər özun dən də bəla gördun ?
Sözun əslin mənə sən de və gər nə bul bu dur fikrim
Məni sən şah bilirdin lik gəlib birdən gida gördun !
Şair : vəhid şukrzadə
ده ای جیران
گؤزل یاریم ده سن آخر کی من دن نه خطا گؤردون ؟
منی سن تک قویوب گئتدین مگر جانا جفا گؤوردون ؟
خطا یاپدیم منی اُؤلدور ولی آخر بو نه اینصاف
کی هیجران دردینی ای یار منیم جورمه سزا گؤردون
ده ای جیران منیم چیرکین بو ظاهیردن خوشون گلمیر ؟
و یـا این کی بو موددت ده منی سن بی وفا گؤردون ؟
سنه قالدیم کی کیم بویله منی پیس دن ده پیس ائتدی ؟
کی من دن آیری گزماغی اُؤزووه سن روا گؤوردون
گؤزل سویله منیم بو شیطنت لردن چکیلدین سن ؟
و یا اینکی منی آخر اُؤزون دن ده بلا گؤردون
سؤزون اصلین منه سن ده وگرنه بول بو دور فیکریم
منی سن شاه بیلیردین لیک گلیب بیردن گدا گؤردون
شاعیر : وحید شکرزاده