حیکایه و ناغیل
jAVAB
Keçmiş zamanlarda uşaqlar mollaxanalarda oxuyanda,
ǝvvǝljǝ onlara çǝrǝkǝdǝn (Qur'anın otuzunju jüz,i) dǝrs
verirdilǝr. Çǝrǝkǝ dǝ hüvǝlfǝttahül-ǝlimdǝn başlayıb, ǝmmǝyetǝsaǝlunǝ
surǝsindǝ qurtarırdı.
Hansı uşaq ki, çǝrǝkǝni oxuyub başa vurdu, molla üçün
mütlǝq xǝlǝt gǝtirmǝli idi. Xǝlǝtin dǝyǝri uşağın valideyninin
qüvvǝsindǝn asılı idi. Lap azı bir kǝllǝ qǝnd, bir dǝst köynǝktuman,
bir manat da pul olmalı idi.
Kasıb bir kişinin oğlu da mollaxanada oxuyurdu. Uşaq
Əmmǝ sürǝsinǝ çatanda molla üçün heç nǝ gǝtirmir. Molla
tez bir kağıza yazıb uşağın atasına göndǝrir. Kasıb kağızı
açıb oxuyur:
«Söylǝ bir, fikrin nǝdir?!
Oğlun çatıbdır Əmmǝyǝ!»
göndǝrir:
«Əhmǝdin fikri budur:
Pul yoxdur versin mollaya!»
+ نوشته شده در ساعت توسط وحید شکرزاده
|